Bakıda “BMW“ yolu keçmək istəyən 4 piyadanı vurdu

    3

    Bu gün səhər saat 8:00 radələrində Nizami rayonu, “Ruslan 93“ marketin qarşısında 4 piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, piyadalar işıqforun onlar üçün yanan yaşıl işığında yolu keçərkən, “BMW“ markalı minik avtomaşını onları vurub.

    Hurriyyet.org xəbər verir ki, yaralılar təcili tibbi yardım avtomaşın ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.

    Lənkəran rayon sakini olan, 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı xəstəxanaya çatdırılsa da, ağır xəsarətlər aldığından dünyasını dəyişib. Digər yaralılar – 1993-cü il təvəllüdlüAğazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlüRzayev Rafiq Mədət oğlu həkimlər tərəfindən müayinə olunublar.

    Dəyanət Ağazadəyə qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol baldır sümüyünün açıq sınığı, İlham Ağazadəyə hər iki aşağı ətrafın əziyi və sıyrıntısı, Rafiq Rzayev isə qapalı kəllə-beyin travmatik şok diaqnozu qoyulub. Dəyanət Ağazadə ilə Rafiq Rzayevin vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. İlham Ağazadənin isə vəziyyəti orta-ağırdı.

    Qeyd edək ki, Dəyanət ilə İlham Ağazadə əmioğludurlar və hadisə baş verən zaman “Azərsun Holdinq“ə işə gedirmişlər.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisə yeri müayinə olunub. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtotexniki ekspertiza təyin olunduqdan sonra fakta hüquqi qiymət veriləcək./salamnews/