“Qarabağ“dan ardıcıl 3-cü “qızıl dubl“!

    3

    Bu gün Azərbaycan kubokunda 2016/17 mövsümünün final oyunu keçirilib.

    Hurriyyet.org xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu “Qarabağ”la gümüş mükafatçı “Qəbələ” üz-üzə gəlib.

    Kubokun final qarşılaşması ilk dəfə olaraq Naxçıvanda oynanılıb. 

    Ardıcıl 4 ildir ölkə çempionu olan “Qarabağ” növbəti dəfə “qızıl dubl” etmək arzusundaydı. Qurban Qurbanovun komandası bunu bacarsaydı, Azərbaycan futbolunda yeni tarix yazacaqdı. Belə ki, heç bir klub indiyədək nə ardıcıl üç dəfə ölkə kubokunu qazanıb, nə də üç mövsüm “qızıl dubl” edib. 

    “Qəbələ” isə Naxçıvanda ilk titulunu qazana bilərdi. Roman Qriqorçukun komandası üç ildən sonra yenidən final oyununa çıxırdı.

    Lakin bu dəfə də sevinən tərəf “Qarabağ“ olub. Bununla da Ağdam klubu yeni tarix yazmağa nail olub.

    Azərbaycan kuboku

    Final

    5 may

    “Qarabağ” – “Qəbələ” – 2:0

    Qollar: M.Mədətov, 52 (1:0). Ü.Abbasov, 68-öz qapısına. (2:0).

    Naxçıvan. Şəhər stadionu.

    “Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

    Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev.

    Baş məşqçi: Qurban Qurbanov.

    “Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov.

    Ehtiyat oyunçular: 33. David Petrkeviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 44. Rafael Santos.

    Baş məşqçi: Roman Qriqorçuk.