Mariya Zaxarova ermənilərə sevgisini etiraf etdi – “QƏLBİM ONLARLADIR”

    3

    “Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

    24 aprel erməni soyqırımı qurbanlarının xatirə günüdür. Kimsə “soyqırım” sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, “olub-olmayıb” müzakirəsi aparır. Rusiya Dövlət Duması isə hələ 1995-ci ildə “Erməni xalqının tarixi vətənində – Qərbi Ermənistanda 1915-1922-ci illərdə məruz qaldığı soyqırımın müzakirəsi haqqında” qərar qəbul edib”, – deyə M. Zaxarova qeyd edib.

    Hazırda Nyu Yorkda olan M. Zaxarova şəhərdəki erməni kilsəsinə baş çəkdiyini də yazıb: “BMT binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Ora getdim. Harada olmağımızdan asılı olmayaraq, qəlbimiz erməni xalqı ilə birlikdədir”./apa/