“İŞİD və başqa terrorçu qruplaşmalar birləşmək üçün danışıqlar aparır” – FTX direktoru

    6

    “Bizə İŞİD və başqa terrorçu qruplaşmaların öz aralarında birləşməsi istiqamətində danışıqlar apardığına dair məlumatlar daxil olur”.

    Hurriyyet.org xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moskvada keçirilən beynəlxalq təhükəsizlik konfransındakı çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, terrorçu qruplaşmalar təklikdə də cinayətkar fəaliyyətlərini davam etdirmək üçün yetərincə resurslara malikdir./report/