GEM TV-nin iranlı sahibini kim öldürdü?

    3

    Bir çox məşhur Türk serialının Orta Şərqə yayım haqqı alan GEM TV-nin sahibi, İran kökənli ingilis Saeed Karimianın kuveytli ortağı Məhəmməd Əl Muxtari ilə birgə İstanbulda Məsləkdə öldürülməsi böyük əks-səda doğurub.

    İnsidentlə bağlı müxtəlif iddialar ortaya çıxıb.

    BBC-nin Türk hakimiyyətindəki mənbələrinə istinadən verdiyi məlumatə görə, sözügedən cinayətin ticarət və ya şəbəkələr üzündən baş verdiyi ehtimal olunur.

    Dünya mətbuatında Karimianın ölkəsində “Qərb şoularını yayımlayıb islami dəyərlərə zidd proqramlar göstərmək“ üzündən son zamanlarda təhdid etdiyi iddiaları yazılıb.

    Ailəsinin fikrincə də, mövcud rejim Karimianıni təqib edirdi.

    BBC–yə danışan bir ailə yaxını da Saeed Karimianın son üç aydır rejim tərəfindən təhdid olunduğu və bunun sonucunda İstanbulu tərk edib Londona dönməyi planlaşdırırdığını deyib. Eyni xəbərdə “İranda əcnəbi və Qərb şoularını yayımlayan Gem TV islamı dəyərlərə zidd proqramlar göstərməsi səbəbindən İran tərəfindən təqib olunur və qərb mədəniyyətini yaymaqda ittiham olunur” kimi iddialar ortaya çıxıb.

    Qeyd edək ki, Saeed Kaimian və ortağı Məhəmməd Əl Muxtarınin olduğu avtomobilin qarşısını kəsib atəş açan çarşablı qatillərin yaxalanması üçün İstanbul polisi araşdırma aparır. Bununçün ətrafdakı bütün güvənlik kameralarını incələməyə başlayib .

    Qatillərin insident zamanı tapançadan atəş aşdıqları təsdiqlənib.

    Hücum edənlərin iki nəfər olduğu təsbit edilib. Olay yerindənsə 15 boş giliz tapılıb.

    ““

    Hücum zamanı istifadə olunan CİP faktları yox etmək üçün Kəmərburğazda yandırarkən avtomobilin oğurluq olduğu da ortaya çıxıb.

    Saeed Karimian və ortağının cəsədləri ekspertizadan keçirilib. Araşdırma zamanı o da məlum olub ki, GEM TV-nin serial və yayım məhsulları üzündən xeyli borcu varmış.

    Məhəmməd Əl Muxtarinin  cənazəsi konsulluğun əməkdaşlarından götürülərək ölkəsinə aparılıb.

    AFR Xəbər Agentliyi bildirib ki, sputniklə yayım edən əyləncə kanallarının İran hökuməti tərəfindən “qərblilərin mədəniyyətinin təbliğatı kimi görülməsi səbəbindən baş verdiyi deyilən bu sui-qəsd  xəbərinə İran mətbuatında o qədər də yer ayrılmayıb.

    “Reuters” agentliyi isə Karimianın ötən il İranda qiyabi ittiham olunaraq 6 il həbs cəzasına məhkum olunması haqda xəbərini yayıb. Xəbərdə Karimianın “milli təhlükəsizliyə zidd hərəkət və dövlətçiliyin əleyhinə təbliğat” aparmaqda günahlandırıldığını məlumat verib.

    Onu da bildirək ki, Gem qrup öncə Londnda yaradılıb. Ancaq daha sonra Dubaya daşınıb. Daha sonra yayımını bir qədr də genişləndirib. Qrupun internet saytında yazıldığına görə, onların 17 fars, eləcə də kürd, azərbaycan və ərəbcə yayım kanalları var.

    Bu kanallarda “Muhteşəm yüz yıl”, “Karadayı”, “Fatmagülün suçu ne”, “Yaprak dökümü” kimi filmlərin yayım haqqını əldə edib.

    2013-cü ildəsə “Lalə devri” filmi iranlıların təpgisi üzündən yayımı dayandırılıb.

    Oxşar aqibət “Möhtəşəm yüz yıl”ın da ətrafında baş verib. Belə ki, İran hökuməti həmin serialı farsca dublyajı edən şəxslərin həbsinə göstəriş verib.

    Saeed Karimian 2015-ci ildə Antalyadakı mətbuat konfransında açıqlama verərək bildirmişdi ki, Türkiyədə 2016-cı ildən etibarən 100 film və 20 dizi layihəsinə başlamaq istəyirlər. 11 aydır bu layihələr üçün araşdırma aparlır. Dünyanın dörd tərəfində 1400 nəfər əməkdaş bu layihələr üçün Türkiyəyə gələcək. Gem dünyada 8 ofisi olan çox özəl bir qrupdur.

    Altunay, Hurriyyet.org