Banklar dolları yenidən ucuzlaşdırdı

    6

    Banklararası ticarətdə dollar yenidən ucuzlaşıb. Hurriyyet.org xəbər verir ki, “Bloomberg” terminalında dollar günü 1.6831 manat məzənnəsi ilə başlayıb. Bu isə ABŞ valyutasının manat qarşısında 0,33 % dəyər itirməsi deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.

    Qeyd edək ki, son valyuta hərracından sonra valyuta bazarlarında dolların dəyər itirməsi banklararası dollar ticarətinə də təsir edib.
    Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur./ fins.az/

    ““