Yasamalda QƏTL: 32 yaşlı qadın bıçaqlandı

    3

    Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.

    Hurriyyet.org xəbər verir ki, Haqverdiyev küçəsində yerləşən evlərin birində yaşayan 1985-ci il təvəllüdlü Məsimova Nigar Arif qızı yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

    Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsədən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb./report/