Bakıda 3 ay müddətinə həbs edilmiş dustaq İNTİHAR ETDİ

    3

    Bakının Sabunçu rayonunda yerləşən Kürdəxanı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, 1977-ci il təvəllüdlü Qələndərov Mehman Hüseyn oğlu saxlandığı həbsxanada özünü iplə asıb.

    Faktla bağlı araşdırma aparılır.

    M.Qələndərov barəsində cari ilin fevral ayının 7-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib./report/