BƏDBƏXT HADİSƏ: Qadın paltar asarkən 7-ci mərtəbədən yıxıldı

    3

    Bakıda qadın ehtiyatsızlığının qurbanı olub.

    Hurriyyet.org xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

    Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır./report/