Bakıda məktəb direktoru yıxılaraq öldü

    6

    Bakıda məktəb direktoru faciəli şəkildə ölüb.

    Hurriyyet.org xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.

    Bakıda yıxılaraq dünyasını dəyişən Polad Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsi 2 ünvanında yerləşən 72 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

    Milli.Az-ın məlumatna görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun lent.az-a bildirib ki, direktor 3-4 ay bundan əvvəl öz ərizəsi ilə işdən uzaqlaşıb.