Türkiyə səfiri: “Ərdoğanın Bakıya səfəri gözlənilir”

    3

    Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycandan sonra ən böyük idmançı qrupu Türkiyədən qatılacaq.

    Hurriyyet.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, Türkiyə nümayəndə heyətinin 500-ə yaxın şəxsdən ibarət olacağını söyləyib: 

    “Türkiyə bütün idman növlərində təmsil olunacaq. Ayın 5-də futbol komandamız Azərbaycana gələcək. Gənclər və idman nazirimizin gələn həftə Bakıya səfəri nəzərdə tutulub. Prezidentin gəlişi də düşünülür. Hələlik qəti bir şey yoxdur, planlaşdırma mərhələsindədir“./apa/