Bakıda istirahət mərkəzinin qarşısında 49 yaşlı kişini maşın vurub öldürdü

    6

    Bakıda 49 yaşlı piyadanı avtomobil vurub.

    Hurriyyet.org xəbər verir ki, hadisə aprelin 29-da saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisindəki “Həyat“ İstirahət Mərkəzinin qarşısında baş verib.

    1968-ci il təvəllüdlü – Dadaşov Tərlan Məmmədağa oğlu istirahət mərkəzinin qarşısından keçərkən naməlum avtomobil tərəfindən vurulub. T.Dadaşov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət işi başlanılıb./trend/