Bakıya yeni prokuror təyin olundu

    30

    Bakı şəhərinə yeni prokuror təyin edilib.

    Hurriyyet.org xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib.

    İ.Abbasov bu gün Bakı şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.

    Qeyd edək ki, Bakı şəhər prokuroru olmuş Əziz Seyidovun səlahiyyət müddəti başa çatıb.

    Aprelin 25-də Ə. Seyidov Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib./apa/