Tayyib Ərdoğan uşaqların beynəlxalq festivalına qatıldı

    3

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri Türkiyə Cümhuriyyətində keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak ediblər.

    BŞTİ-dən Hurriyyet.org-a verilən məlumata görə, festivalda “Mehriban” vokal və rəqs qrupunun rəngarəng çıxışları maraqla qarşılanıb.

    Həmçinin, “Səma” yaradıcılıq qrupu milli rəqslərimizi və musiqi nömrələrimizi ifa edib və şeirlər səsləndiriblər.

    Azərbaycanlı şagirdlər, festivaldan sonra tarixi yerlərə və muzeylərə ekskursiya ediblər.

    Qeyd edək ki, beynəlxalq səviyyədə keçirilən festivalın əsas məqsədi uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

    Nigar, Hurriyyet.org

    ““ 

    ““