Bakının bu qəsəbəsində su olmayacaq

    15

    Bakı şəhəri Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq.

    Hurriyyet.org “Azərsu“ ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, məhdudiyyət mayın 1-i saat 09:00-dan etibarən gün ərzində olacaq. Buna səbəb qəsəbəni içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılmasıdır.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu“ ASC abonentlərdən üzr istəyir.