“Rabitə işi“ndə fasilə – VƏKİLLƏR TAPILMIR

    9

    Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

    Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan məhkəmə prosesi təqdirləndirilən şəxslərdən birinin vəkillərinin məhkəməyə gəlməməsi olub.

    Vəkillərdən birini prosesdə iştirakı təmin edilərsə, proses 14:00-da keçiriləcək.

    Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub./musavat.com/