AMEA-nın sabiq xanım işçisi 8 il cəza aldı – DƏLƏDUZLUĞA GÖRƏ

    6

    Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hurriyyet.org xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.

    Hökmə əsasən A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə A.Cahangirova iki nəfərə qarşı dələduzluq əməli törədib, onların etibarından sui-istifadə edərək mülli miqdarda pullarını ələ keçirib. AMEA-da dizayner vəzifəsində işləyən Cahangirova hər iki şəxsdən pulu iş qurmaq adı ilə alıb.

    Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.