Azərbaycanla sərhəddə meşə yanır: vertolyotlar havaya qalxdı

    9

    Azərbaycanını Rusiya ilə sərhədində meşə yanır. 

    Hurriyyet.org lent.az-a istinadən xəbər verir ki, yanğın Məhərrəmkənd rayonunda Samur meşəsində başlayıb. Yanğın hazırda iki hektar ərəzini əhatə edir. Məlumata görə, əraziyə yanğınsöndürən maşınlar yaxınlaşa bilmir. Buna görə də yanğın yerinə vertolyotlar göndərilib.

    Rusiya – Azərbaycan sərhəddində, Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının Azərbaycan tərəfinə keçməsinin qarşısını almaq üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

    Qurumdan bildiriblər ki, yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi yoxdur:

    “Meşə yanğınının Azərbaycan tərəfinə keçmək təhlükəsi gözlənilmir. Amma bütün hallarda əlaqədar qurumlar sərhəddə təhlükəsizlik tədbirləri görür“.