Nazirliyə verilən avtomobillərinin sayı artırıldı

    9

    Azərbaycanda dövlət büdcəsi hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə verilən minik avtomobillərinin sayı artırılıb.

    Hurriyyet.org xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarda dəyişiklik edilib.

    Yen qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xidməti minik avtomobillərinin say həddi ümumilikdə avtomillərin say həddi 80-dən 82-yə qaldırılıb. Xidmətin ərazi və yerli bölmələr üzrə avtomobilərin say həddi 76-dan 78-ə qədər artrılıb.

    Bununla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 2 minik avtomobilləri verilib./Trend/