Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi

    3

    Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

    Hurriyyet.org-un məlumatına görə, məcəllənin 22.2-ci maddəsi ləğv edilib, habelə aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilib:

    “Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından ayırmalar.
    Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

    Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minib.