Elnur Eltürk: “İki şəxs arasında olan cinayət hadisəsini bir millətin adına çıxartmaq düzgün deyil”

    3

    “Axı, iki şəxs arasında olan münaqişəni ümumilikdə böyük bir icmanın adına yazmaq nə dərəcədə doğrudur? Bu hadisəni qətiyyən  şişirtmək olmaz”.

    Bu sözləri diaspor üzrə araşdırmaçı Elnur Eltürk Niderlandda toy mərasimi zamanı iki azərbaycanlı arasında baş verən bıcaqlaşma hadisəsinə münasibət bildirərkən qeyd edib.

    “Təəssüflər olsun ki, sosial şəbəkələrdə bəzi şəxslərin “biz buyuq”,”harada oluruqsa, özümü biabır edirik” və s. yazdıqları şərhlər məni narahat etməyə bilməz.  Axı, iki şəxs arasında olan münaqişəni ümumilikdə böyük bir icmanın adına yazmaq nə dərəcədə doğrudur?

    Dünyanın hər bir yerində bu cür hadisələr baş verir. İki şəxs arasında olan cinayət hadisəsini bir millətin adına çıxartmaq düzgün deyil. Bu düşmən dəyirmanına su tökməkdir.

    Bu gün Niderlandda Azərbaycanı ləyaqət və şərəflə təmsil edən insanlarımız çoxdur. Azərbaycan adına yaxşı layihələr həyata keçirirlər. Onların fəaliyyətini işıqlandırmaq və dəstək olmaq lazımdır”.

    Hurriyyet.org