“Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır“ – EKSPERT

    3

    “Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır“.

    Hurriyyet.org xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika Yuqa Rossii“ jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.

    Onun sözlərinə görə, bu qərar Türkiyəyə yeni ittifaqlar qurmaq zərurətini göstərəcək: “AŞPA-nın bu addımında mən müsbət cəhət görürəm. Fikrimcə bu, ölkə üçün yeni imkanlar yaradacaq ki, sürətlə dəyişən müasir dünyada düzgün siyasi istiqamətlər seçsin“.

    Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

    Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.