“AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər“ – Ekspert

    6

    “Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı rəsmi Ankaraya siyasi baxımdan nəzarət etmək cəhdi olaraq sərt və Avropa Şurasının üzv ölkəsinə qarşı qəbuledilməz bir qərardır“.

    Hurriyyet.org xəbər verir ki, bunu Trend-ə Türkiyənin “Strategic Outlook“ Analitika Mərkəzinin rəhbəri Yusuf Çinar bildirib.

    Avropanın Türkiyəyə qarşı kənarlaşdırma siyasəti apardığını deyən ekspert vurğulayıb ki, Avropa İttifaqı öz üzv ölkələrinin etdiyi səhvləri görmür:

    “Fransa ölkədə fövqəladə hal elan etdikdə “demokratik ölkə“, Türkiyə eyni addımı atdıqda isə “insan hüquqlarını pozan ölkə“ adlanır“.

    Y.Çınar qeyd edib ki, AŞ PA-nın bu qərarı Türkiyənin Avropaya daha sərt cavab verməsinə səbəb ola bilər:

    “Əvvəl tərəflərin münasibətləri dalğalı şəkildə davam edirdisə, AŞ PA-nın sözügedən qərarından sonra Avropa-Türkiyə əlaqələri tamamilə kəsilə bilər“.

    Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

    Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.