“Əks halda…” – Avropa İttifaqı üçün KABUS SSENARİSİ

    3

    “Avropa İttifaqı islahatlar aparmasa, Fransa qurumu tərk edə bilər“.

    Hurriyyet.org xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd, “İrəli!” hərəkatının lideri Emmanuel Makron BBC telakanalına müsahibəsində bildirib.

    O deyib ki, “Ümumavropa ideyası” və qloballaşma məsələlərində Avropa İttifaqının siyasətini bölüşür, amma Fransa əhalisinin yarısı qurumun disfunksiyasına görə narahatdır.

    “Hesab edirəm ki, Avropa İttifaqı dərin islahatlarla məşğul olacaq. Əks halda, Fransa tezliklə “Freksit” ehtiyacı ilə rastlaşacaq”, – siyasətçi vurğulayıb.

    Daha əvvəl isə prezident seçkilərində Makronun rəqibi, “Milli Cəbhə” Partiyasının Marin Le Pen qələbə qazanacağı halda Avropa İttifaqına üzvlük məsələsini referenduma çıxaracağını bildirib.

    Qeyd edək ki, Fransada prezidentinin seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Aprelin 23-də keçirilən birinci turda Emmanuel Makron və Marin Le Pen ilk iki yeri tutaraq növbəti tura çıxıb. /publika.az/