Dünyanı məhv edəcək DƏHŞƏTLİ MÜHARİBƏ: Rusiyanın ABŞ-a qalib gəlməsi üçün 5 SƏBƏB – FOTO/VİDEO

    3

    Amerika ordusunun strateqləri hesab edirlər ki, ən yaxın beş ildə ölkə “praktik olaraq bərabər rəqib”lə qarşılaşacaq. Bu rəqib isə Rusiyanın olduğu şübhəsizdir.

    Hurriyyet.org xəbər verir ki, analitik Loren Tompson “Forbes” üçün yazdığı məqaləsində ABŞ və Rusiya arasında mümkün müharibənin nəticələrini qiymətləndirib.

    Analitik qeyd edir ki, Rusiya ilə müharibənin ən ehtimal edilən nəticəsi Amerika ordusunun məğlubiyyətidir. Onun sözlərinə görə, müharibənin nəticəsi Avropada geosiyasi balans kardinal şəkildə dəyişdirə və ABŞ-ın təsirini minimuma qədər azalda bilər. Bu proqnoz isə ABŞ-ın son iki prezidentinin hərəkətlərinə görə formalaşıb. Kiçik Corc Buş iki zirehli tank briqadasını Avropadan çıxarıb. Barak Obamanın isə strateji ağırlıq mərkəzini Sakit okeanı regionuna daşıması Avropada ABŞ-ın hərbi gücünün ixtisarına gətirib çıxarıb.

    ““

    Bundan başqa, məqalənin müəllifi qeyd edir, Amerika ordusunda resurslar azdır. Silahlanma üçün federal maliyyələşmə illik yalnız 22 milyard dollar təşkil edir. Eyni zamanda, ekspert xatırladır ki, Rusiyada 2010-cu ildən yenidən silahlanma üzrə onillik proqram qəbul edilib və ordunun silah arsenalının müasirləşməsi üçün 700 milyard dollardan çox xərclənməsi nəzərdə tutulub.

    Loren Tompsonun fikrincə, Amerika ordusu, ehtimal ki, hipotetik Avropa müharibəsini uduzacaq. Analitikin fikrincə, bunun üçün beş səbəb var.

    ““

    1. Coğrafi mövqe. Şərqi Avropa dənizlərlə əhatə olunub və bu bura yalnız dar boğazlar vasitəsilə girmək olar. ABŞ qoşunların gəlməsinə kimi Rusiya asanlıqla suda üstün mövqeyini təmin edəcək.

    ““

    2. ABŞ ordusunun hazırsızlığı. Amerika ordusunun Avropada yalnız iki stasionar briqadası var. Bu briqadalar gücləndirilməsə, Rusiya ordusu onları sadəcə dağıdacaq.

    ““

    3. Güclər və hərbi texnikanın çox hissəsi hərbi əməliyyatlar meydanından kənarda qalacaq. Rusiya Baltik və Qara dənizlərində, həmçinin Kalininqrad vilayətində hərbi bazalara malikdir. Yaxınlıqdakı akvatoriyalara donanmanın daxil edilməsi ABŞ üçün çox təhlükəli plan olacaq.

    ““

    4. NATO üzrə müttəfiqlər kömək edə bilməyəcəklər. Döyüş əməliyyatları Baltikyanı regionunda və Ukrayna ərazisində həyata keçiriləcəyi halda NATO üzvlərinin əksəriyyəti münaqişəyə sadəcə qoşulmaya bilər.

    ““

    5. Vaşinqton münaqişənin eskalasiyasını istəmir. Ekspertin fikrincə, Vaşinqton Rusiya ərazisində hərbi bazalara və ya hərbi bölmələrə hücum etmək barədə qərar qəbul etməyəcək. Bu, münaqişənin eskalasiyasına gətirib çıxara və Moskvanı nüvə silahını tətbiq etməyə məcbur edə bilər. Və eyni zamanda, Moskva heç bir Avropa paytaxtından nüvə zərbəsini qəbul etməyə hazır hazır deyil./publika.az/