Almaniyada banka silahlı HÜCUM

    3

    Almaniyanın Baden-Vürtemberq federal torpağındakı Valdshute şəhərində silahlı şəxs banka hücum edib.

    Hurriyyet.org xəbər verir ki, bina polis tərəfindən mühasirəyə alınıb.

    Polisin məlumatına görə, binanın içərisindən atışma səsləri gəlir. Həmçinin bankın 2 əməkdaşının yardımçı otaqda gizləndiyi bildirilib.

    Hücum edən şəxsin girov götürüb-götürmədiyi hələlik bəlli deyil./report/