Avtomobil 65 yaşlı kişini vuraraq öldürdü

    6

    Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, gecə saatlarında yolu keçmək istəyən 65 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

    Belə ki, şəhər sakini, 1952-ci il təvəllüdlü Səftər Yusif oglu Əzizov yolu keçərkən hərəkətdə olan avtomobil onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxanadan “Report“a bildirilib ki, həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.