Ermənilər Ağdamda “Qızıl Xaç”ın əməkdaşlarını və fəhlələri atəşə tutdular – FOTO

    6

    Ağdam rayonunda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub. Hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.

    Hurriyyet.org xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan “Meliorasiya və Su Təsərrüfatı” ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.

    Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasada texnika və qurğulara ziyan dəyib./report/

    ““““““