Fəhlə 11-ci mərtəbədən yıxılaraq öldü – XIRDALANDA

    6

    Abşeron rayonunda fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb.

    Hurriyyet.org xəbər verir ki, bədbəxt hadisə Xırdalan şəhərində yaşayış kompleksi ərazisində qeydə alınıb.

    Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.

    Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb./report/