”1993-cü ildə beynəlxalq yarışda bayrağımızı ucaltdığım üçün özümü çox xoşbəxt hiss edirdim”

    9

    1993-cu ildə Türkiyədə keçirilən 74 kq çəkisi dərəcəsində yunan-roma güləşi üzrə avropa çempionatının gümüş mükafatçısıyam.

    Bu sözləri bizimlə söhbətində keçmiş SSRİ birinciliyinin mükafatçısı, beynəlxalq yarışların qalibi, 74 kq çəki dərəcəsi üzrə yunan-roma güləşinin avropa cempionatının gümüş mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Azad Aydınoğlu bildirdi.

    “1993-cü ildə Türkiyədə Abdi İpəkçi idman salonunda keçirilən yunan-roma güləşi üzrə avropa cempionatında ikinci yeri tutaraq, bayrağımızın ucadılmasına nail oldum. Bu tarixi hadisə mənim ən çox xoşbəxt olduğum günlərdən biri idi.

    Çünki Azərbaycan bayrağı beynəlxalq yarışda digər ölkələrin bayraqları ilə yanaşı dalğalanırdı və qürurverici hadisə yaşanırdı”,-deyən idmançı o zaman ölkəmizdə vəziyyətin elə də yaxşı olmadığını diqqətə çatdırdı:

    ”93-ci ildə Azərbaycanda vəziyyət yaxşı deyildi və ölkəmiz yeni müstəqilliyini əldə etmişdi. Qarabağın azadlığı uğrunda müharibə gedirdi. Sosial-iqtisadi problemlər yaşanırdı. Üstəlik, İdmançılarımızın beynəlxalq yarışlara çıxması elədə asan deyildi.

    Hətta o zaman dünya reytinqli “Kempsspor” jurnalının ilin yekununa görə, 74 kq çəki dərəcəsində yunan-roma güləşçiləri arasında dünyada üçüncü yeri tutmuşdum.

    Onu da xatırladım ki, 1993-cü ilin ilin idman yekunlarına görə ulu öndər, sabiq prezident Heydər Əliyev ən yüksək nəticə əldə etmiş idmançılarla görüşündə, bizləri qiymətli qol saatları ilə təltif edərək və təbrik etdi. O,bizlərə gələcək yarışlarda uğurlar arzuladı”.

    Ölkədə idmanın güclü inkişaf etməsindən qürur duyan veteran idmançı, bunu ölkə rəhbəri tərəfindən yürüdülən uğurlu idman siyasəti ilə əlaqələndirdi “Sevindirici hal odur ki, cənab prezidentimiz İlham Əliyev idmana böyük qayğı göstərir və bunun təzahürdür ki, hər il idmançılarımız beynəlxalq yarışlardan qalib kimi qayıdırlar və ölkəmizin adını şərəflə idman tarixinə yazırlar.

    Hal-hazırda ölkəmizin müxtəlif beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, onun artan nüfuzundan xəbər verir verir. Beynəlxalq idman arenasında yaşanan uğurlu qələbələr veteran idmançı olaraq, bizi sevindirir və qürurlandırır”.

    Elnur Eltürk