“McAfee”in yaradıcısı dünyanın ən təhlükəsiz smartfonunu təqdim edəcək

    3

    Azərtac 4pda.ru saytına istinadən bildirir ki, “cihazın aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə qurulmuş bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon və “Wi-Fi”, “GPS” və “Bluetooth” üçün antenaları söndürməyə imkan verir. Bundan başqa, smartfonda anonim veb-axtarış funksiyası mövcuddur“, Con Makafi deyib.

    “John McAfee Privacy Phone” adlandırılacaq aparat cari ilin sonunda satışa çıxarılacaq. Qurğunun texniki xarakteristikaları haqda hələ ki, heç bir məlumat yoxdur.

    Smartfonun qiyməti 1100 dollar təşkil edəcək, potensial müştərilər isə korporativ istifadəçilərdir.