“Türkiyə Avropa Birliyinə gedən yoldan uzaqlaşıb” – EKSPERT

    6

    Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq altına alınması və Avropa Birliyinin həftəsonu qardaş ölkə ilə üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxarmaq barədə qərarları Türkiyə və Azərbaycan mətbuatında geniş müzakirə olunmaqdadır.

    AŞPA və Avropa Birliynin bu addımından sonra illərdir ki, Avropa Birliyinə üz olmaq istəyən Türkiyənin ümidlərinin puç olacağı ehtimalı artır. Bu gərgin dönəmdən sonra Türkiyə ilə Avropa Birliyi arasında münasibətlərin istiləşməsi çətin olacaq.

    “Türkiyə Avropa Birliyinə gedən yoldan uzaqlaşıb”

    “Türkiyə Avropa münasibətlərinin gərginləşməsinə səbəb AKP hökumətinin apardığı siyasətidir” deyən konfliktoloq Elxan Mehdiyev Hurriyyet.org-a bildirdi ki, məhz hökumətin siyasəti bu cür vəziyyətə gətirib çıxarıb: “Bu da ilk növbədə insan haqları və demokratik hüquqların məhdudlaşdırılması, 10 minlərlə insanın məhkəməsiz həbsxanalara atılması il bağlıdır. Nəhayət, son referendumun Türkiyə prezidentinə verəcəyi hədsiz dərəcədə, belə desək, yoxlanılması mümkün olmayan səlahiyyətlərin verilməsidir. Bütün bunlar Avropa Birliyinin qanunlarına uyğun deyil. Ona görə də, onlar öz mövqelərini bu cür – açıq surətdə ortaya qoyublar”.

    E.Mehtiyev hesab edir ki, Türkiyə Avropa Birliyinə gedən yoldan uzaqlaşıb: “O yol da demokratik dəyər və hüquqların, azadlıqların təmin edilməsindən keçirdi. Türkiyə bunların tamamilə mədudlaşdırılması isqamətində getdiyinə görə, onlar artıq Türkiyənin bu kriteriyalara uyğun gəlmədiyni iddia edərək, münsibətləri bu səviyyəyə çatdırıblar. Nəticədə budur”.

    “Avropa Birliyi ortaq dəyərləri paylaşan klubdur, onların baxışı budur”

    “Türkiyənin Avropa Birliyinə üzvlüyünün reallaşması indiki dönəmdə, hətta qarşıdakı 10 ildə qeyri-mümkündür. Türkiyədə 2000-ci illərin əvvəlindəki kimi demokratik islahatlar siyasəti, qanunun aliliyi, demoktik hüquqlar yenidən üstünlük qazanrsa, o zaman yol açılar”, – dedi konfliktoloq.

    E.Mehdiyev nəzərə çatdırdı ki, “Avropa Birliyi xristian klubudur” sözü Avropa Birliyinin mövqeyi deyil: “Əlbəttə ki, ayrı-ayrı siyasətçilərin və fərdlərin fikri ola bilər. Avropa Birliyi ortaq dəyərləri paylaşan klubdur, onların baxışı budur. Bu ortaq dəyərlər də demokratiya, insan haqları və qanunun aliliyidir. Son 7 ildə Ərdoğan hökuməti və AKP bu dəyərləri tamamilə aşıb”.

    “Türkiyənin əhalisinin ən azı 50 faizi özünü avropalı sayır”

    E.Mehdiyev sual etdi ki, Türkiyə nəyə görə Avropa Birliynə üzv olmaqda israr edir?: “Ona görə ki, Türkiyə Avropa Birliynə üzv olarsa, onun vətəndaşları Avropa Birliyinə üzv ölkələrin hamısında sərbəst dolaşa bilər, harada istəsə işini qura və işləyə bilər. Yəni iqtisadi baxımdan, Avropa Birliyinin bütün üstünlüklərindən faydalana bilər. Türkiyə həm vahid konfederativ ölkənin tərkib hissəsi kimi olur, həm də türk millətinin də son 500 ildə məqsədi həmişə Avropadan yana olub. Osmanlı imperatorluğu da Balkan, Avropa imperatorluğu olub və Türkiyənin əhalisinin ən azı 50 faizi özünü avropalı sayır. Bu baxımdan, Avropadakı dediyimiz həmin dəyərlərin Türkiyədə bərqərar olmasına həm türk milləti, həm də türk dövləti çalışır. Amma indiki siysətin məqsədi Avropa Birliyinin qaydalarına və dəyərlərinə uyğun deyil”.

    Şamo Emin, Hurriyyet.org