Naxçıvanın tarixi-coğrafiyası ilə bağlı məqalə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin təşkil etdiyi konfransın materiallarında dərc edilib

    6

    AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, 1917-ci il fevral inqlabının 100 illiyinə həsr olunan konfransa Rusiya, Azərbaycan, Belorusiya, İtaliya, Qazaxıstan, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Ukrayna, İsveçrə və digər ölkələrdən 170-dən artıq gənc alim və tədqiqatçının əsərləri təqdim edilib.

    AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin elmi işçisi Elnur Kəlbizadənin təqdim etdiyi “XX əsrin 20-ci illərində Naxçıvanın inzibati-ərazi quruluşu (tarixi-coğrafi tədqiqat)” adlı tezis təşkilat komitəsi tərəfindən seçilən elmi tədqiqatlardan biri kimi konfransın materiallarına daxil edilib və dərc olunub.

    Qeyd edək ki, əməkdaşımızın təqdim etdiyi materialda XX əsrin 20-ci illərində Naxçıvan MSSR-in inzibati ərazi quruluşu, sərhədləri, yaşayış məntəqələri haqqında məlumat verilib. Eyni zamanda arxiv materialları və tarixi sənədlərə əsasən 1921-ci ildə Naxçıvanın daha geniş əraziləri əhatə etdiyi, bu gün Ermənistan ərazisində yerləşən çoxsaylı kəndlərin o zaman məhz Naxçıvan muxtariyyətinin tərkibində olduğu materialda xüsusi olaraq göstərilib.

    Hurriyyet.org