“Naxçıvanın türk-islam mədəniyyəti abidələri“ monoqrafiyası nəşr olunub

    3

    AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, epiqraf alimin bu günlərdə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” adlı monoqrafiyası işıq üzü görüb.

    Monoqrafiyada Naxçıvan Muxtar Respublika ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar, qalalar, hamamlar, mülki tikintilər, buzxanalar haqqında məlumat verilib. Yeni nəşrdə eyni zamanda tarixi-memarlıq nümunələrinin inşa edilmə və bərpa olunma tarixi ilə yanaşı, bu abidələri inşa edən bəzi memarlar barəsində də ümumi məlumat işıqlandırılıb.

    Monoqrafiyada memarlıq nümunələrinin fotoşəkilləri və onların üzərində qalan kitabələrin qrafik təsvirləri də öz əksini tapıb.