Özünü pis hiss edən Əsəd çıxışını yarımçıq QOYMALI OLDU

102

Suriya Prezidenti Bəşər Əsəd özünü pis hiss etməsi səbəbindən parlamentə müraciətini yarıda qoymağa məcbur olub.

Bu barədə Suriyanın Ərəb İnformasiya Agentliyi (SANA) xəbər verib.

Dövlət Agentliyinin məlumatına görə, 55 yaşlı əsəd Xalq Şurasında çıxış edirmiş. Bir anda təzyiqi düşüb və bu səbəbdən çıxışını yarımçıq kəsməyə məcbur olub.

Bir neçə dəqiqə sonra Əsəd çıxışına davam edib. Hadisənin digər təfərrüatları verilmir. \\Qafqazinfo