Özünü 7-ci mərtəbədən atdı – Sumqayıtda İNTİHAR

93

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayonda baş verib.

Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı mənzilin 7-ci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.