Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı facebook-da status yazıb.
Hurriyyet.org-un məlumatına görə o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:
“Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər”.