Özbəkistanda su anbarı daşdı, on minlərlə sakin təxliyə olundu – VIDEO

63

Özbəkistanın Sırdərya vilayətinin Kurqantəpə mahalında yaşayan 11 min şəxs ərazidən təcili təxliyə edilib.

Buna səbəb su anbarının daşaraq yaxınlıqdakı əraziləri su altında qoyması olub.

“Regnum” agentliyi xəbər verir ki, məlumatı Özbəkistan Fövqəladə Hallar Nazirliyi yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hadisənin baş verdiyi əraziyə gəlib.

Hadisə nəticəsində itki və xəsarət alanın olmadığı bildirilir./oxu.az/