Özbəkistanda koronavirusa daha 648 nəfər yoluxub

54

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa 648 yoluxma halı qeydə alınıb.

Trend-in “Gazeta.uz”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Özbəkistanda yeni növ koronavirusa yoluxanların ümumi sayı 51 640 nəfərə çatıb.

Bildirilri ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 47 932 nəfəri sağalıb, 433 nəfəri isə vəfat edib.