Özbək professordan Azərbaycan “vətənşüvən”lərinə Dağlıq Qarabağ dərsi – OXUYUN, NƏTİCƏ ÇIXARIN!

195

“Dünya birliyi əgər ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.”

Bunu Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov  deyib.

Professorun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdiyi bəyanatı tərcüməsini diqqətinizə çatdırırıq:
Cari ilin 12 iyul tarixində məni də hər bi mütərəqqi insan kimi məni Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələrə,  regionda 30 ildir davam edən və Azərbaycan Respublikasının ərazi bütövlüyü probleminə münasibət bildirməyə məcbur etdi.

Bugün Azərbaycan üçün ən ağrılı, kəskin problem kimi gündəlikdə duran ölkənin ərazi bütövlüyü məsələsidir. Bu ölkənin tarixini dərindən bilməyən və savadsız insanlar üçün qeyri – adi olaraq belə bir sual yaranır, bu problemin səbəbi nədir?

Buna cavab olaraq bu münaqişənin əsas səbəbinin Ermənistanın Azərbaycana olan ərazi iddiası, Azərbaycanın  Dağlıq Qarabağ bölgəsi ilə əlaqəli olduğunu söyləmək lazımdır. Hamıya məlumdur ki, mərkəzdənqaçma tentensiyasını önləmək və “Sovet imperiyası”nın bütövlüyünü qorumaq üçün Sovet hakimiyyətinin idarəetmə sistemi”nin siyasi elitası ölkənin müxtəlif bölgələrində süni şəkildə alovlanmış millətlərarası qarşıdurmalar yaratmağa başladı.

Beləliklə, Sovet sisteminin elitası qondarma millətlərarası münaqişələri süni şəkildə alovlandıraraq tarixi keçmişin təcrübəsindən istifadə etdi. Keçmiş SSRİ məkanında bu bölgələrdən biri də tarixən Azərbaycan Respublikasına məxsus olan Dağlıq Qarabağ bölgəsi oldu.

Ermənistan-Azərbaycanla arasındakı Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə iki respublika arasında geniş miqyaslı qarşıdurmaya çevrilən bir münaqişənin yaranması ilə nəticələndi. Eyni zamanda qeyd etmək istəyirəm ki, xarici maraqlı qüvvələrin dəstəyi ilə erməni tərəfi dinc azərbaycanlı əhaliyə qarşı açıq təcavüzə keçdi. Nəticədə, təkcə Dağlıq Qarabağ deyil, ona yaxın bölgələrdə yaşayan Azərbaycan əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləməyə və açıq soyqırıma məruz qaldı.

Erməni tərəfinin bu cür hərəkətləri nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, tarixi Şuşa şəhəri, eləcə də Dağlıq Qarabağ ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları)  qanunsuz olaraq işğal edildi. Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Erməni təcavüzkarlarının zorakılığının qurbanları Azərbaycanın 20 min günahsız dinc sakinləri oldu. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil və 4 866 nəfər itkin düşmüş sayılır. Ermənistan tərəfindən bu cür təcavüz, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla  bilməz. Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım kimi cinayətlər beynəlxalq məhkəmə qarşısında öz hüquqi həllini tapmalıdır.

30 ildən çoxdur ki, Ermənistana təcavüz, terrorizmlə zəbt etdiyi Azərbaycana məxsus bölgələrin qaytarılması, habelə ölkənin ərazi bütövlüyünün bərpasının təmin edilməsinə dair çağırışlar, tələblər edilir.

Amma biz nə görür, nəyin şahidi oluruq? Bütün bu ədalətsizliyin, pozuntuların, cinayətin  fonunda Ermənistan hər cür çağırışları qulaqardı edərək münaqişəsinin dinc yolla həllinə zidd attım atır, bu ölkənin silahlı qüvvələri tərəfindən zaman-zaman Azərbaycanın işğal edilmiş ərazilərində, habelə Ermənistan- Azərbaycan sərhədində daim yeni təcavüzlər törədilir.

Təəccüblüdür ki, bu gün bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizədən narahat olduğu bir şəraitdə, sosial-iqtisadi problemlərin həlli üçün çox sayda problem yaşandığı bir vaxtda, Ermənistan silahlı qüvvələri növbəti dəfə 12 iyul 2020-ci ildə Azərbaycan-Ermənistan sərhədində hərbi qarşıdurma törətdi. Həmişəki kimi bütün günahları Azərbaycan silahlı qüvvələrinin üzərinə qoyan Ermənistan bu cür əsassız və təxribatçı hərəkətlərini heç bir şəkildə əsaslandıra bilməz.
 
Mən Özbəkistanın ictimaiyyət, elm və tarixçi xadimi, bir alim kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram.

Mən Ermənistan- Azərbaycan sərhədindəki vəziyyətin bilərəkdən gərginləşməsinə, dünya birliyi tərəfindən tanınan və təcavüz nəticəsində işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinin geri qaytarılmasının məsələnin yeganə həll yolu olduğununu düşünürəm. Biz dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək.

Bir daha ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın bütün mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, öz evlərinə, doğma obalarına qovuşacağına, sülhün regionda bərqərar olacağna inanıram. Çünki həqiqət gec də olsa daim zəfər qazanır. 

Fürsətdən istifadə edərək, bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş bu hadisələrə görə başsağlığı verir və səmimi dəstəyimi və duyğularımı çatdırıram”. /ovqat.com/