“Öz əllərimlə yaratdığımı…” – Lukaşenkodan şok sözlər“Öz əllərimlə yaratdığımı…” – Lukaşenkodan şok sözlər

36

Belarus Prezidenti Aleksandr Lukaşenko suverenliyi qorumağı əsas vəzifə hesab etdiyini söyləyib və ölkənin dağılmasının yolverilməzliyini qeyd edib.

O, bu barədə jurnalistlərlə görüşdə danışıb.

“Öz əllərimizlə yaratdığımızı sabah kiminsə gəlib dağıtmasını istəmirəm”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarusdakı dəyişikliklər “Maydan” deyil, konstitusiyadan irəli gəlir.

Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. Prezident seçkilərində yeddi nəfər yarışacaq. Namizədlərdən biri də hazırkı dövlət başçısı Aleksandr Lukaşenkodur. \\Teleqraf