Özəl təhsil müəssisələrinin artıq pul tələbi – VİDEO

87

Tədris ilinin əvvəlində təhsil alanlar müəyyən təhsil müəssisəsi ilə müqavilə imzalayır və üzərlərinə müəyyən öhdəliklər götürürlər.

Öhdəliyin əsasını o təşkil edir ki, normal qaydalarda bütün təhsil alanlar auditoriyalarda və siniflərdə tədris prosesinin iştrakçısı olmalıdır. Amma pandemiya səbəbindən ənənəvi təhsil almaq mümkün olmadı. Müqavilənin şərtləri pozuldu və nəticədə müəssisənin öhdəliyinə götürdüyü xidmətlərdən yalnız şagirdin onlayn şəkildə təhsil almaq hüququ qüvvədə qaldı.

Məktəbin təklif etdiyi digər xidmətlər, məsələn, qidalanma, nəqliyyat və digər psixoloji xidmətlər havada qalsa da, valideynin, yəni ödəyicinin büdcəsindən yan keçmədi.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: