“Çox təəssüf ki, bu faktlar mediada şişirdilir” – DİN rəsmisi

    6

    “Azərbaycanda çox vaxt yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayı şişirdilir”.

    Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyi Baş ictimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib.

    O qeyd edib ki, son 5 ildə yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinayətlərin sayında artım yoxdur: “Çox təəssüf ki, bu faktlar mediada şişirdilir”.

    DİN rəsmisi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqla bağlı faktların da şişirdildiyini bildirib. Onun sözlərinə görə, son 5 ildə bu statistikada artım yoxdur: “Təbii ki, dünyada cinayətlər var və Azərbaycan da dünyanın bir hissəsidir. İndiki zamanda hamımıza məlumdur ki, internet çox geniş yayılıb və hər bir uşaq internetdən rahat istifadə edir. Bəzən o fəsadlar da internet vasitəsilə yayılır”.

    DİN rəsmisi onu da bildirib ki, son vaxtlar Azərbaycanda uşaqlar arasında aqressiya, psixoloji gərginliyin artmasına səbəb xaricdən daxil olan internet oyunları, o cümlədən digər vasitələrdir: “Bu artıq ölkədə ciddi narahatlıq doğuran fakta çevrilib”./apa/