Şotlandiyada uşaq futbolçuların topa başı ilə zərbə vurması yasaqlanacaq

15

Hurriyyet.org xəbər verir ki, Şotlandiyada 12 yaşına çatmamış futbolçulara başla topa zərbə vurmaq qadağan ediləcək. Bu qərar başla zərbənin neyrodegenerativ xəstəliklərin yaranması riskini artırması ilə əlaqədar qəbul edilib.

Şotland Futbol Federasiyasının bu qadağanı cari ayın axırından etibarən tətbiq edəcəyi gözlənilir.

Şotlandiya bu qadağanın tətbiq ediləcəyi ilk Avropa ölkəsi olacaqdır. Analoji qərar 2015-ci ildə ABŞ-da qəbul edilib.

Hurriyyet.org