Ötən sutka ABŞ-da 143 minədək insana koronavirus diaqnozu qoyulub

222

Noyabrın 11-də ABŞ-da koronavirusa rekord sayda – 142 min 906 yoluxma faktı qeydə alınıb, 1479 nəfər isə COVID-19 infeksiyası səbəbindən vəfat edib.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, noyabrın 10-da ölkədə koronavirusa yoluxanların sayı 142 min 212 nəfər, ölənlərin sayı isə 1465 nəfər təşkil edib.

İndiyədək Birləşmiş Ştatlarda 10 milyon 708 min 728 nəfər koronavirusa yoluxub, 247 min 398 nəfər həyatını itirib, 6 milyon 648 min 705 nəfər isə sağalıb. Müalicəsi davam edən 3 milyon 812 min 625 xəstədən 18 min 683-nün vəziyyəti ağır qiymətləndirilir.

Texas ştatında COVID-19 infeksiyasına yoluxanların sayı 1 milyon 55 mini ötüb. Kaliforniyada 996 min, Floridada 858 min, Nyu-Yorkda isə 577 min yoluxma halı təsdiqlənib.

ABŞ həm virusa yoluxma, həm də ölüm hallarının sayına görə dünyada ilk yerdədir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.