Öskürən və maskasız olan qadın metroda döyüldü

9

Möhkəm öskürən, amma ağzında maska olmayan qadın metroda başqa bir sərnişin tərəfindən döyülüb. “Ploxiye novosti” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiya paytaxtında baş verib.

Məlumata görə, münaqişə hələ sərnişinlər stansiyada olarkən, qatar gəlməmiş başlayıb. Kişi həmin vaxt qadını itələyib. Vaqona girdikdə isə o, qadına hücum çəkərək, yumruqlamağa başlayıb. Digər sərnişinlər onu zorla sakitləşdiriblər.