“Oruc Rəis” gəmisi Şərqi Aralıq dənizindəki fəaliyyət bölgəsinə çatıb

57

“Oruc Rəis” kəşfiyyat-qazma gəmisi Şərqi Aralıq dənizinin Türkiyə sektorunda fəaliyyət göstərəcəyi bölgəyə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib.

Oktyabrın 13-də sınaqların aparıldığını deyən nazir artıq bu gün ilk seysmik tədqiqatların emalına başlandığını qeyd edib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya əsasən, gəminin bölgədə oktyabrın 22-dək davam edəcək fəaliyyəti tam şəkildə Türkiyənin əraziləri daxilindədir və qanunidir. Müəyyən edilmiş kəşfiyyat-axtarış rayonu Türkiyənin quru sahəsindən 15, Yunanıstandan isə 425 kilometr məsafədədir.

“Oruc Rəis” kəşfiyyat-qazma gəmisinin 10 gün nəzərdə tutulan əməliyyatlar üzrə fəaliyyət sahəsi Kaş və Meis adalarının cənubundadır.