Orta məktəbdən oğurluq edən 2 nəfər tutuldu

75

Gəncədə oğurluqla məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Yeni Gəncə qəsəbəsindəki orta məktəblərdən birinin kompyüter otağından 2700 manat dəyərində 9 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri E.Həsənov və bir yeniyetmə saxlanılıb.

Onların ətrafında araşdırma aparılır.