Orqan satışı ilə bağlı filmə baxan ana qızlarını öldürdü

165

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində qadın iki qızını öldürüb.  Bununla bağlı KTNV-TV məlumat yayıb. Məlumatlara görə, Amanda Şarp-Cefferson adlı qadın orqan satışı ilə bağlı filmə baxdıqdan sonra bu addımı atıb.

Qızların atası polisə müraciət edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qızların cəsədlərini tapıblar. Bildirilib ki, qadın qızlarını suda boğub. Qadın həbs olunub.