Ordumuzun generalı və polkovniki şəhid oldu – RƏSMİ AÇIQLAMA

66

“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar”.